12:52 24-12-2009
news_image
708
DİGƏR NÖVLƏR

Useyn Bolt, Kim Kliysters və “Barselona”

Dünyanın ən böyük idman statistikası və məlumatı bazasına malik olan “İnfostrada Sports” şirkəti 2009-cu ilin yekunlarını ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Şirkətdən apasport.az saytına verilən məlumata görə, sorğu 3 nominasiyada - “İlin ən yaxşı kişi idmançısı”, “İlin ən yaxşı qadın idmançısı” və “İlin ən yaxşı komandası” üzrə baş tutub.

Başa çatmaqda olan ilin ən yaxşı kişi idmançısı yamaykalı Useyn Boltdur. 23 atlet bu il dünya çempionatında 100 m, 200 m və 4x100 m məsafələrə qaçışda qızıl medal qazanıb. Bundan başqa, o, yeni dünya rekordu da müəyyənləşdirib.

Ən yaxşı qadın idmançı nominasiyasında belçikalı Kim Kliysters fərqlənib. 2007-ci ildə ağır zədələnmiş tennisçinin 2 illik fasilədən sonra kortlara dönüşü uğurlu alınıb. O, “wild-card”la qatıldığı ABŞ Açıq çempionatında qalib gəlməklə, tarix yazıb.

2009-cu ilin ən yaxşı komandası isə “Barselona” klubudur. Kataloniya təmsilçisi 1 ilə 6 titul qazanıb. İndiyədək belə maksimum nəticə göstərən klub olmamışdı.

“Infostrada Sports”un sorğusu

Ən yaxşı kişi idmançı


il

adı, soyadı (məşğul olduğu növ)

ölkə

2009

Useyn Bolt (atletika)

Yamayka

2008

Useyn Bolt (atletika)

Yamayka

2007

Maykl Felps (üzgüçülük)

ABŞ

2006

Roje Federer (tennis)

İsveçrə

2005

Tom Bunen (velosiped idmanı)

Belçika

2004

Roje Federer (tennis)

İsveçrə

2003

Mixael Şumaxer (Formula-1)

Almaniya

2002

Mario Kipollini (velosiped idmanı)

İtaliya

2001

Qoran İvanişeviç (tennis)

Xorvatiya

2000

Tayqer Vuds (qolf)

ABŞ



Ən yaxşı qadın idmançı

il

adı, soyadı (məşğul olduğu növ)

ölkə

2009

Kim Kliysters (tennis)

Belçika

2008

Stefanie Rays (üzgüçülük)

Avstriya

2007

Anya Parson (xizəksürmə)

İsveç

2006

Sindi Klassen (fiqurlu konkisürmə)

Kanada

2005

Yanika Kosteliç (xizəksürmə)

Xorvatiya

2004

Kelli Holmes (atletika)

Böyük Bri.

2003

Castin Henin (tennis)

Belçika

2002

Serena Uilyams (tennis)

ABŞ

2001

Cennifer Kapriati (tennis)

ABŞ

2000

İnqe de Bruiyn (üzgüçülük)

Hollandiya



2009-cu ilin ən yaxşı komandası

il

komandanın adı (növ)

ölkə

2009

“Barselona” (futbol)

İspaniya

2008

İspaniya yığması (futbol)

İspaniya

2007

Cənubi Afrika yığması (reqbi)

Cənubi Afrika

2006

“Barselona” (futbol)

İspaniya

2005

“Liverpul” (futbol)

İngiltərə

2004

Yunanıstan yığması (futbol)

Yunanıstan

2003

İngiltərə yığması (reqbi)

İngiltərə

2002

Cənubi Koreya yığması (futbol)

Cənubi Koreya

2001

“Bavariya” (futbol)

Almaniya

2000

Fransa yığması (futbol)

Fransa