17:18 24-12-2009
news_image
2241
DİGƏR NÖVLƏR

2009-cu ilin ən yaxşıları - YENİLƏNİB

Bu gün 2009-cu il üçün Azərbaycanın ən yaxşı idmançılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı Gənclər və İdman Nazirliyi “Buta Palace” Konsert-Banket Kompleksində tədbir keçirib. Tədbirdə ilin ən yaxşı 10 idmançısı ilə yanaşı, məşqçisi, federasiyası, komandası, jurnalisti və digər nominasiyalar üzrə qaliblərin adları da elan olunub.

Öncə mərasimdə gənclər və idman naziri Azad Rəhimov nitq söyləyib. O, idmançılarımızın müxtəlif yarışlarda böyük nailiyyətlər qazandığını, ilin uğurlu alındığını bildirib. Ardından Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Daha sonra ayrı-ayrı nominasiyalar üzrə qaliblərin adları açıqlanıb:

İlin komandası - “Araz” futzal klubu
İlin intellektual komandası - Şahmat yığması
İlin ən yaxşı hakimi - Faiq Həsənov
İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı – İctimai Televiziya
İlin ən yaxşı idman jurnalisti – Tural Xudiyev, “Space” TV
Son illərin ən yaxşı idmançıları: Fərid Mansurov, Elnur Məmmədli, Teymur Rəcəbov (day.az saytının keçirdiyi sorğu əsasında)
İlin ən fəal veteran idmançısı – Məmməd Hüseynov (ağır atletika)
İlin ən yaxşı idman tarix yazarı – Dilqəm Quliyev
İlin ən yaxşı idman nəşri – Gənclər və İdman Nazirliyinin aylıq jurnalı
İlin ən fəal uşaq idman məktəbi: Lənkəran Uşaq-Gənclər İdman Məktəbi
İlin ən yaxşı idman təşkilatı – “Neftçi” İdman-Sağlamlıq Mərkəzi
İlin ən yaxşı idman qurğusu – Heydər Əliyev adına İdman-Konsert Kompleksi
İlin ən yaxşı idman layihəsinin fəal təbliğatçısı - AzTV
İlin ən yaxşı məşqçisi – Firdovsi Umudov (sərbəst güləş)
İlin ən yaxşı federasiyası – Gimnastika Federasiyası

İlin 10 ən yaxşı idmançısı


1. Fərid Mansurov (Yunan-Roma güləşi)
2. Aliyə Qarayeva (gimnastika)
3. Elmar Qasımov (cüdo)
4. Ramil Quliyev (atletika)
5. Nizami Paşayev (ağır atletika)
6. Mariya Stadnik (güləş)
7. Vüqar Həşimov (şahmat)
8. Rəşad Əhmədov (taekvondo)
9. Valentin Demyanenko (avarçəkmə)
10. Hüseyn Həsənov (paralimpiya)