10:10 28-12-2009
news_image
668
DİGƏR NÖVLƏR

Olimpiya çempionu xanımını doğramaq istədi

Məşhur finlandiyalı xizəkçi Mati Nikanen həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunur. Apasport.az saytının məlumatına görə, xizəklə tramplindən tullanmaq üzrə 4 qat olimpiya çempionu xanımının üstünə bıçaqla hücum çəkib.

Qadının əlini və üzünü al qana boyayan 46 yaşlı idman veteranının qətl törətməsinə isə qonşular mane olub. Xanımın qışqırığına gələnlər onun həyatını xilas edib. Bu Matinin həyat yoldaşına qarşı ikinci belə vəhşiliyidir. Hələ 3 il əvvəl fiziki təzyiq göstərdiyi üçün onu 4 aylıq həbs etmişdilər.

Qeyd edək ki, 1988-ci ildə keçirilən Kalqari Olimpiadasında 3 qızıl medal qazanan Nikanen bundab 4 il əvvəl qızıl və gümüş mükafat əldə edib. Xizəkçi daha 6 dəfə dünya çempionu dını qazanıb.