13:08 28-12-2009
news_image
1631
DİGƏR NÖVLƏR

Bakıda 60 minlik tamaşaçı tutumuna malik stadion tikiləcək

“Bakıda, Böyükşor qəsəbəsində 60 minlik tamaşaçı tutumuna malik stadion tikiləcək”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir tikinti işlərinin konkret nə vaxt başlanacağını söyləməyə çətinlik çəkib: “Stadionla yanaşı, Hovuz Kompleksi də inşa olunacaq. Həmin ərazidə balaca neft gölməçələri var, indi onlar qurudulur. Tikintiyə gələn il başlanacağını dəqiq deyə bilmərəm”.

Nazir bildirib ki, stadion Dövlət Neft Şirkəti tərəfindən tikiləcək.