10:47 30-12-2009
news_image
744
DİGƏR NÖVLƏR

2009-cu ilin ən yaxşı qadın idmançısı müəyyənləşdi - FOTO

Gözəlliyi ilə gözləri qamaşdıran italiyalı Federika Pelleqrini 2009-cu ilin ən yaxşı qadın idmançısı seçilib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı üzgüçü İtaliyanın “La Gazzetta Dello Sport” nəşrinin keçirdiyi sorğuda birinci yeri tutub. Federika bu il Romada gerçəkləşmiş dünya çempionatında 200 və 400 metr məsafələrə yarışda qızıl medallara layiq görülüb. Özü də cazibədar üzgüçü sözügedən çempionatda yeni dünya rekordları müəyyənləşdirib.

Yamaykalı atlet Useyn Bolt isə “İlin ən yaxşı kişi idmançısı” olub. Yola salmaq üzrə olduğumuz ilin ən yaxşı komandası isə “Barselona”dır.