10:28 02-01-2010
news_image
784
DİGƏR NÖVLƏR

Dünya çempionatına qatılacaq yığmamızın heyəti açıqlandı

Bu ilin noyabrında Bakıda bodibildinq üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, çempionatda Azərbaycanı təmsil edəcək yığma komandanın heyəti artıq müəyyənləşib.
Yarışlara Teymur Aslanov (60 kq), Anatollu Məsimov (65 kq), Fərhad Quliyev (70 kq), Yalçın Məmmədov (75 kq), Bəhnəm Yusifi (80 kq), Mahmud Savalan (85 kq), Vüqar Verdiyev, Məhəmməd Paşai, Rövşən Quliyev (hamısı -90 kq), Hamid Reza Keşani (100 kq) və Leonid İstomin (100 kq-dan çox) hazırlaşacaq.

Çempionatın Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur.

AzərTac