10:23 03-01-2010
news_image
1062
STOLÜSTÜ OYUNLAR

Avropa fatehlərimiz dünya çempionatında mübarizə başlayır

Bu gün Türkiyənin Bursa şəhərində şahmat üzrə komandalararası dünya çempionatı start götürəcək. Apasport.az saytının xəbərinə görə, qalib adı uğrunda sonuncu dünya çempionu Rusiya, Avropa çempionu Azərbaycan, həmçinin Türkiyə, Braziliya, ABŞ, Çin, Misir, Yunanıstan, İsrail və Ermənistan yığmaları mübarizə aparacaq.

Azərbaycanın şərəfini bu mötəbər turnirdə beynəlxalq qrossmeysterlər - Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Nicat Məmmədov qoruyacaq.

Yarışın qaydalarına görə, komandalar 6 oyunçu - 4 əsas və 2 ehtiyat sxemi ilə oynayacaqlar.