15:10 04-01-2010
news_image
1147
STOLÜSTÜ OYUNLAR

Qardaş ölkədə düşmənlə üz-üzə

Sabah Türkiyənin Bursa şəhərində şahmat üzrə komandalararası dünya çempionatında ilk turun oyunlarına start veriləcək. Apasport.az-ın e3e5.com saytına istinadən xəbərinə görə, Azərbaycan yığmasının ilk oyun günündəki rəqibi müəyyənləşib.

Milli komandamızı işğalçı Ermənistanla prinsipial qarşılaşma gözləyir. Yığmamız oyuna ağ fiqurlarla başlayacaq.

Komandamızın heyətində Vüqar Həşimov 1-ci, Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov 3-cü, Rauf Məmmədov isə 4-cü lövhədə oynayacaq. Qədir Hüseynovla Nicat Məmmədov isə ehtiyat oyunçu kimi göstərilib.

Xatırladaq ki, yarışda sonuncu dünya çempionu Rusiya, Azərbaycan, həmçinin Türkiyə, Braziliya, ABŞ, Çin, Misir, Yunanıstan, İsrail və Ermənistan yığmaları mübarizə aparır.

Yarışın qaydalarına görə, komandalar 6 oyunçu - 4 əsas və 2 ehtiyat sxemi ilə oynayacaqlar.