17:04 05-01-2010
news_image
609
DİGƏR NÖVLƏR

Avarçəkmə yığması əcnəbiləşir - FOTO

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasına yeni məşqçi cəlb edilib. Apasport.az saytının məlumatına görə, bu, bolqarıstanlı xanım Yuliana Stoyevadır. O, yığmamızın baş məşqçisi Rudiger Hauffenin köməkçisi olacaq.

Yuliana Stoyeva 1963-cü il iyulun 7-də Sofiyada anadan olub. Ölkəmizə gələnədək Bolqarıstan yığmasının və yerli MOİK klubunun məşqçisi işləyib.