18:20 05-01-2010
news_image
1228
DİGƏR NÖVLƏR

Daha bir idmançı iri döşlərindən qurtulmaq istəyir - FOTO

Maneələri dəf etmə üzrə avstraliyalı atlet Yana Roulinson olimpiadada medal qazanma şanslarını artırmaq üçün döş implantantlarını çıxartma əməliyyatına hazırlaşır.Lent.az-ın məlumatına görə, bu haqda ikiqat dünya çempionunun özü “yahoo.sport”a açıqlama verib.

Roulinson Avstraliyanın ona görə son pillələri tutmasını arzulamadığını bildirib: “Mən özümü daha çox idman formasında hiss etmək istəyirəm və 2012-ci il London Yay Olimpiya Oyunlarında ən güclülərdən olacağıma inanıram”.

Bununla belə, qadın idmançı böyük döş gəzdirməkdən çox xoşunun gəldiyini etiraf edib. O, idmançı karyerasını başa vurduqdan sonra yenidən döşlərini böyütmə əməliyyatına əl atacağını vurğulayıb.

Qeyd edək ki, 17 yaşlı rumıniyalı tennisçi Simona Xalep də bir müddət öncə döşlərini kiçiltmək üçün əməliyyat olunub. Onu pərəştişkarları belə fikrindən daşındıra bilməyib.