22:02 07-01-2010
news_image
3133
STOLÜSTÜ OYUNLAR

Milli komandamız Hindistanla bacarmadı - YENİLƏNİB

Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatında bu gün III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının budəfəki rəqibi Hindistandır.

Ancaq maraqlıdır ki, yığmamızın kapitanı Zurab Azmayparaşvili asiyalılarla görüşdə eksperimentə əl atıb. Belə ki, komandanın əsas üzvü Rauf Məmmədov yenə ehtiyatda qalıb. Bundan başqa, Şəhriyar Məmmədyarov üçüncü lövhədən dördüncüyə keçirilib. Onun yerini son turda Teymur Rəcəbovu əvəzləmiş Qədir Hüseynov tutub.

Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanıb.

III tur, 7 yanvar

Hindistan - Azərbaycan - 2,5:1,5


1. Krişnan Sasikiran (2653) - Vüqar Həşimov (2759) - 1:0
2. Pentala Harikrişna (2672) - Teymur Rəcəbov (2733) - 0,5:0,5
3. Şekar Surya Qanquli (2654) - Qədir Hüseynov (2614) - 1:0
4. Qopal Narayanan Qeta (2584) - Şəhriyar Məmmədyarov (2741) - 0:1

Artıq ilk partiya başa çatıb. Dördüncü lövhədə Şəhriyar Məmmədyarov rəqibini mat qoyub. Bununla da komandamız Hindistanla görüşdə hesabda önə çıxır - 1:0.
İkinci lövhədə Rəcəbov rəqibi ilə heç-heçə oynayıb. Qədir Hüseynov isə üçüncü lövhədən xalsız ayrılıb. Bu nəticələrdən sonra hesab bərabərləşib. Hər şeyə birinci lövhədə keçirilən partiyadan sonra aydınlıq gəlib. Təəssüf ki, Həşimov da məğlubiyyət acısı dadıb. Bu məğlubiyyətlərdən sonra Azərbaycan yığması çempionatda ilk yenilgisini alıb.

Digər görüşlər:

Türkiyə - Ermənistan - 0,5:3,5
Rusiya - ABŞ - 3:1
Misir - Yunanıstan - 2,5:1,5
İsrail - Braziliya - 2,5:1,5

III turdan sonra Ermənistan 7,5 xalla birinci yerə yüksəlib. Məğlubiyyətə baxmayaraq, yığmamız 7 xalla İsrail, Rusiya və ABŞ-la birgə 2-5 yerləri bölüşdürür.

Komandamız sabah Rusiya ilə qarşılaşacaq.