10:09 08-01-2010
news_image
1064
STOLÜSTÜ OYUNLAR

Gülməyin axırı pis olur... - FOTOSESSİYA

Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Türkiyənin Bursa şəhərində keçirilən dünya çempionatında ilk məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz Hindistana 1,5:2,5 hesabı ilə uduzublar. Bu görüşdən çəkilən fotosessiyada isə əsasən milli komandamızın birinci lövhədə mübarizə aparan oyunçusu Vüqar Həşimovu üzügülər görmək mümkündür. Ancaq təəssüf ki, o da uduzaraq, yığmamızın məğlubiyyətinin səbəbkarlarından birinə çevrilib.