14:08 10-01-2010
news_image
653
DİGƏR NÖVLƏR

Yığmamız Şanxayda yoldaşlıq görüşü keçirəcək

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandası Çinin Şanxay şəhərinə təlim-məşq toplanışına yollanır. Bu haqda apasport.az saytına Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib.

Yanvarın 12-də Şanxaya gedəcək həmyerlilərimiz təlim-məşqlərlə yanaşı, yoldaşlıq görüşlərində də qüvvələrini sınayacaqlar. Yığmamızın Çin milli komandası və bir neçə yerli klubla yoxlama matçı keçirməsi planlaşdırılıb. Şanxay toplanışı yanvarın 28-də yekunlaşacaq. Bu, otüstü hokkeyçilərimiz üçün apreldə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə oyunlarına hazırlıq xarakteri daşıyacaq.