20:50 10-01-2010
news_image
817
STOLÜSTÜ OYUNLAR

Milli komandamız Avropa çempionatında mərhələ adladı

Qızlardan ibarət Azərbaycan voleybol yığması Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, milli komandamız Danimarkada təşkil olunan qitə birinciliyinin ikinci qələbəsini qazanıb.

İlk oyunda Norveçi məğlub edən (3:0) voleybolçularımız bu gün meydan sahiblərinə də set verməyib – 3:0 (26:24, 25:8, 25:16). Bu qələbə ilə milli komandamız ikinci mərhələyə vəsiqə qazanıb.