11:27 12-01-2010
news_image
880
STOLÜSTÜ OYUNLAR

Futbolda Braziliyadan zəif olsaq da... - FOTOSESSİYA

Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Türkiyənin Bursa şəhərində keçirilən dünya çempionatında ən böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, milli komandamız VII turda Braziliyanı 3,5:0,5 hesabı ilə üstələyib. Teymur Rəcəbov, Qədir Hüseynov, Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun mübarizə apardığı oyunda qazanılan qələbə sayəsində xalımızı 9-a çatdırmışıq. Bir sözlə, şahmatçılarımız braziliyalı həmkarlarına dərs keçiblər. Günlərin bir günündə futbolda da Braziliyaya çatarıq.