22:32 12-01-2010
news_image
3560
STOLÜSTÜ OYUNLAR

Yığmamız yunanları da mat qoydu - YENİLƏNİB

Türkiyənin Bursa şəhərində təşkil olunan şahmat üzrə komandalararası dünya çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, bu gün sonuncudan əvvəlki, VIII turun oyunları keçirilir. Azərbaycan milli komandası Yunanıstanı sınağa çəkir. Yığmamız kimi, yunanlar da yarışa FİFA-nın xüsusi dəvəti əsasında qoşulublar.

Ellada təmsilçiləri ilə görüşə əsas heyətlə çıxmışıq. Bir oyunluq fasilədən sonra Vüqar Həşimov heyətə dönüb. Buna görə də Teymur Rəcəbov yerini birinci taxtadan ikinciyə dəyişib. Qədir Hüseynova istirahət verilib. Həmçinin, Nicat Məmmədov yenə ehtiyatda qalıb. Rauf Məmmədov isə bu turda mübarizə aparır.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanıb.

VIII tur, 12 yanvar
Azərbaycan - Yunanıstan - 3:1


1. Vüqar Həşimov (2759) - Vasilios Kotronias (2599) - 0,5:0,5
2. Teymur Rəcəbov (2733) - Xristos Banikas (2608) - 1:0
3. Şəhriyar Məmmədyarov (2741) - Stelios Halkias (2566) - 1:0
4. Rauf Məmmədov (2640) - Atanasios Mastrovasilis (2510) - 0,5:0,5

Digər görüşlər:

Ermənistan - ABŞ - 2,5:1,5
Türkiyə - Braziliya - 1,5:2,5
Hindistan - İsrail - 2,5:1,5
Rusiya - Misir - 3,5:0,5

Turnir cədvəli: Rusiya 13 (21), ABŞ 12 (19,5), Azərbaycan 11 (20), Hindistan 11 (16,5), Ermənistan 10 (17,5), İsrail 7 (16), Yunanıstan 6 (15,5), Braziliya 4 (12), Misir və Türkiyə 3 (11).

Sabah son turun oyunları keçiriləcək. Milli komandamız ABŞ-la qarşılaşacaq.