16:59 12-01-2010
news_image
525
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız Avropa çempionatına Münhendə hazırlaşacaq

Azərbaycanın ən titullu güllə atıcısı, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova növbəti səfərə hazırlaşır. Apasport.az saytının məlumatına görə, həmvətənimiz Almaniyanın Münhen şəhərində keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yanvarın 26-da başlanacaq yarışda Aşumova ilə yanaşı, onun oğlu Ruslan Lunyov və bacısı qızı Nigar Bağırova da çıxış edəcək.

Turnir iştirakçıları 10 metrlik məsafədən hədəflərə pnevmatik tapança ilə 2 gün atəş açacaqlar. Münhendəki yarış güllə atıcılarımız üçün 7-14 mart aralığında Norveçin Meraker şəhərində təşkil olunacaq Avropa çempionatına xarakteri daşıyacaq.

Qeyd edək ki, Aşumova və Lunyov ötən həftə Norveçdə “Olden” kuboku (Hell Open) uğrunda turnirə qatılmışdı və hərəyə 2 qızıl, 1 gümüş medal qazanmışdılar.