10:29 14-01-2010
news_image
1176
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovun Bursadakı şousu

Türkiyənin Bursa şəhərində keçirilmiş komandalararası dünya çempionatı Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun karyerasında möhtəşəm izlər buraxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançımız keçirdiyi 9 oyunda 8 xal toplayıb (7 qələbə, 2 heç-heçə). Çempionata qatılmış digər 59 şahmatçının heç biri bu uğuru təkrarlaya bilməyib. Şəhriyar mümkün xalın 89 faizini toplayıb. Düzdür, faiz baxımından həmyerlimizi üstələyən var. Rusiyalı Nikita Vityuqov 6 görüşdən 5,5 xal yığıb (92 faiz).

Bundan başqa, Şəhriyar hər 9 turda taxta arxasında oturmuş 7 şahmatçıdan biridir. Dünya çempionatı Məmmədyarov üçün həm də ona görə əlamətdar olub ki, o, reytinq balını 19 vahid artırıb. Bunun əksi isə ölkəmizi birinci taxtada təmsil etmiş Vüqar Həşimovun başına gəlib. Nədənsə Bursada özünü yaxşı tərəfdən göstərməyi bacarmayan 24 yaşlı zəka sahibi 19 reytinq balı itirib. Beləliklə, Şəhriyar hazırkı durumda Azərbaycanın ən reytinqli şahmatçısına çevrilib.

Qeyd edək ki, milli komandamız 10 kollektivin mübarizə apardığı yarışda 13 xalla 4-cü pillədə qərarlaşıb.

Dünya çempionatında ən çox xal toplayan 5 şahmatçı:

Şahmatçı

Komanda

Oyun

Xal

1.

Şəhriyar Məmmədyarov

Azərbaycan

9

8

2.

Aleksandr Onişuk

ABŞ

9

6,5

3.

Hikaru Nakamura

ABŞ

8

6

4.

Levon Aronyan

Ermənistan

9

6

5.

Vladimir Akopyan

Ermənistan

9

6


Azərbaycan şahmatçılarının göstəriciləri:

Şahmatçı

Yarışdan əvvəlki reytinq balı

Oyun

Xal

Reytinq balı: +/-

Yarışdan sonrakı reytinq balı

Vüqar Həşimov

2759

7

2,5

-19

2740

Teymur Rəcəbov

2733

7

5

+7

2740

Şəhriyar Məmmədyarov

2741

9

8

+19

2760

Rauf Məmmədov

2640

6

3

-3

2637

Qədir Hüseynov

2614

4

1,5

-5

2609

Nicat Məmmədov

2610

3

2

-

2610