16:56 14-01-2010
news_image
640
DİGƏR NÖVLƏR

Azərbaycan milli komandası Çinə uduzdu

Azərbaycanın qadınlardan ibarət otüstü hokkey üzrə milli komandası bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, təmsilçilərimiz Çinin Şanxay şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli yığma ilə qarşılaşıb.

Lakin koreyalı baş məşqçi Joa Hanqın rəhbərlik etdiyi kollektiv məğlubiyyətdən yaxa qurtara bilməyib. Komandamız hər hissədə bir qol buraxıb - 0:2. Otüstü hokkeyçilərimiz yanvarın 28-dək davam edəcək hazırlıq prosesi zamanı daha bir neçə yoxlama matçı keçirəcəklər.

Qeyd edək ki, təlim-məşq toplanışı bu ilin aprelində Rusiyada baş tutacaq dünya çempionatının seçmə oyunlarına hazırlıq xarakteri daşıyır.