13:52 15-01-2010
news_image
4537
DİGƏR NÖVLƏR

Son 10 ilin ən seksual 10 idmançısı - FOTOSESSİYA

ABŞ-ın “Bleacher Report” nəşri 2000-ci ildən bəri ən seksual qadın idmançıların siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, son 10 ilin ən seksual idmançılarının reytinqinə rusiyalı tennisçi Mariya Şarapova başçılıq edir.

Rusiyanın digər cazibədar tennisçisi Anna Kurnikova ikinci pillədə qərarlaşıb. Maraqlıdır ki, reytinqi tərtib edənlər braziliyalı əkiz bacılar – Bia və Franka Feres bacılarını ayrı-ayrı göstəriblər.

Son 10 ilin ən seksual 10 idmançısı:

1. Mariya Şarapova (tennis, Rusiya)
2. Anna Kurnikova (tennis, Rusiya)
3. Cenni Finç (voleybol, ABŞ)
4. Natali Qulbis (qolf, ABŞ)
5. Kristi Leskinen (xizəksürmə, ABŞ)
6. Lerin Franko (nizə tullama, Paraqvay)
7. Allison Stoukk (hündürlüyə tullama, ABŞ)
8. Bia Feres (sinxron üzgüçülük, Braziliya)
9. Franka Feres (sinxron üzgüçülük, Braziliya)
10. Amanda Beard (üzgüçülük , ABŞ)