18:01 15-01-2010
news_image
761
STOLÜSTÜ OYUNLAR

Beş şahmatçımız “Aeroflot Open”də

Fevralın 8-də Moskvada ənənəvi “Aeroflot Open” şahmat turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, 5 həmyerlimiz yarışda iştirak edəcəklərini təsdiqləyib.

A qrupunda beynəlxalq qrossmeyster Eltac Səfərli, A2 qrupunda Vasif Durarbəyli və Ülvi Bacarani, B-də İlqar Bacarani, C-də isə Tamerlan Bünyadov mübarizə aparacaq.

İsveçrə sistemi üzrə keçiriləcək turnirin ümumi mükafat fondu 180 min avro təşkil edir.