11:36 20-01-2010
news_image
988
DİGƏR NÖVLƏR

Kurnikova həbs olundu - FOTO

Məşhur tennisçi Anna Kurnikovanın anası həbs olunub. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Florida ştatının Palm-Biç şəhərindəki evlərinin ikinci mərtəbəsindən tullanan 5 yaşlı oğlu anasının həbsinə səbəb olub.

46 yaşlı Alla Kurnikova Annanın kiçik qardaşı Allana diqqətsiz yanaşmaqda ittiham olunur. İkinci mərtəbənin pəncərəsindən aşağı tullandıqdan sonra ayaqlarının ağrımasını görən uşaq hovuza girib. Oradan da yaş-yaş küçəyə çıxan Allan adamların diqqətini cəlb edib. Hadisə yerinə gələn polislər bağlı qapı arxasında qalan uşağın evə girməsi üçün qapını döysələr də, heç nəyə nail olmayıblar. Belə vəziyyətdə 4,5 metr hündürlükdə olan açıq pəncərədən içəri daxil olan polislər orada heç kimin olmadığını aşkarlayıb. Ana Kurnikovaya zəng vurub evə çağırdıqda isə o, belə izahat verib: “Mənimlə getmək istəmədiyindən onu evdə qoydum ki, televizora baxsın”.

Baş verənlərdən sonra Alla uşağa diqqətsizlik etdiyinə görə həbs olunub. Balaca Allan isə xəstəxanaya aparılıb. Onun yağında və bədəninin aşağı hissəsində kiçik zədələr var.