12:19 30-01-2010
news_image
1401
DİGƏR NÖVLƏR

Elçin Zeynalov Bolqarıstan idmançılarını milliləşdirir

Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) Bolqarıstana rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin Avarçəkmə Federasiyasının prezidenti Svetla Otsetova yerli mətbuata açıqlamasında bildirib ki, azərbaycanlı həmkarı Elçin Zeynalovdan məktub alıblar: “Orada dörd bolqar avarçəkənin Azərbaycan yığmasında çıxış etməsinə icazə verilməsi xahiş olunub. Biz bu məktuba baxdıqdan sonra qərarımızı qəbul edəcəyik”.

Qeyd edək ki, milliləşdirilməsindən söhbət gedən həmin 4 bolqar avarçəkən Aleksandr Aleksandrov, İskra Angelov, Toni Botev və Radoslav Drenovskidir.