18:35 02-02-2010
news_image
801
DİGƏR NÖVLƏR

Məşhur idmançı gecə klubunun sahibinin burnunu sındırdı

Dünyanın ən məşhur sumoçularından biri, “Asaseryu” ləqəbli Dolqorsuren Daqvadorj növbəti dəfə qalmaqal salıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı idmançı Tokioda gecə klublarından birinin yaxınlığında aranı qarışdırıb. O, gecə klubuna rəhbərik edən tanışını döyüb, burnunu sındırmaqla yanaşı, onu ölümlə hədələyib. Yalnız polisin müdaxiləsindən sonra Daqvadorju sakitləşdirmək mümkün olub.

Artıq Yaponiya Sumo Federasiyası araşdırmalara başlayıb. Əgər sumoçunun günahı sübuta yetirilsə, o, diskvalifikasiya ediləcək. Şahidlərin bildirdiyinə görə, Asaseryu ertəsi günü döyüşə çıxmalı olsa da, yüksək ölçüdə alkoqol qəbul edib. Məhz bundan sonra o, tanışını əzişdirməyə girişib.

Qeyd edək ki, peşəkar sumoda ən nüfuzlu mükafatın - “İmperator” kubokunun 25 dəfə qalibi olmuş Daqvadorj bundan öncə də bir neçə dəfə qalmaqal salıb.