12:08 03-02-2010
news_image
391
DİGƏR NÖVLƏR

3 azərbaycanlı 10 km məsafəyə üzəcək

Fevralın 6-da Argentinanın Patoqoriya-Viedma şəhərində açıq suda üzgüçülük üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 3 idmançı qoruyacaq. Bunlar milli komandamızın üzvləri Sergey Fesenko, İnqa Koçur və Anastasiya Jitkovadır. Hər üç idmançımız 10 km məsafəyə üzəcək.