12:38 04-02-2010
news_image
694
DİGƏR NÖVLƏR

Milli komandamız Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət yığması Almaniya ilə yoldaşlıq görüşü keçirəcək. Bu haqda apasport.az saytına Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, qarşılaşmanın bu il martın sonlarında təşkil olunması planlaşdırılıb.

Gələn ayın 3-cü ongünlüyündə Almaniyanın paytaxtı Berlinə yollanacaq Joa Hanqın yetirmələri orada təlim-məşq toplanışı keçəcəklər. Ardından yerli yığma ilə yoldaşlıq oyunu olacaq. Görüş milli komandamız üçün bu ilin aprelində Rusiyanın Kazan şəhərində keçiriləcək dünya çempionatının seçmə matçlarına hazırlıq xarakteri daşıyacaq.

Almanlarla yoldaşlıq oyunundan sonra, daha doğrusu 2-5 aprel aralığında yığmanın əsasını təşkil edən “Atasport” elə Berlində Avropa Klub Çempionları Kuboku uğrunda yarışda mübarizə aparacaq.