13:10 04-02-2010
news_image
744
DİGƏR NÖVLƏR

Zemfira Meftahəddinova üçün “Qızıl Sidney”

Azərbaycanın məşhur stend atıcısı, Olimpiya çempionu Zemfira Meftahəddinova haqqında sənədli film çəkilib. Lent.az-ın məlumatına görə, film “Qızıl Sidney” adlanır.

Sənədli film fevralın 9-da saat 11.00-da Milli Olimpiya Komitəsinin (MOK) akt zalında nümayiş etdiriləcək. Tədbirə idman ictimaiyyətinin nümayəndələri qatılacaq.

Xatırladaq ki, Z.Meftahəddinova 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında qızıl, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb.