11:24 06-02-2010
news_image
1826
DİGƏR NÖVLƏR

“O, idmançıdır, seks-simvol deyil”

Amerikalı dağ xizəkçi Lindsey Vonn ölkəsinin idman ictimaiyyətini bir-birinə vurub. Apasport.az saytının məlumatına görə, “Sports Illustrated” jurnalının Olimpiya Oyunlarına həsr olunan nömrəsinə poza verən gözəlçə həmyerlilərini əməlli-başlı qəzəbləndirib. Kanadanın Vankuver şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində onun belə addım atması ondan medal gözləyən pərəstişkarlarını məyus edib. Azarkeşlərin fikrincə, dörd illiyin ən məsul yarışına hazırlaşmaq əvəzinə Lindseyin jurnallara fotosessiya verməsi düzgün deyil. ABŞ-da Vonn haqda yeni fikir formalaşıb: “O, idmançıdır, seks-simvol deyil”. Maraqlıdır ki, “Sports Illustrated”in üz qabığında idmançı çoxlarının düşündüyü kimi seksual pozada olmayıb. Lindsey dağ xizəyində yamacdan hərəkət edərkən poza verib. Amma bu poza azarkeşlərdə qısqanclıq yaradıb.