12:09 06-02-2010
news_image
503
DİGƏR NÖVLƏR

Dünya çempionatının seçmə yarışına 4 idmançı ilə

Azərbaycan paralimpiyaçıları martın 25-də Danimarkada keçiriləcək üzgüçülük üzrə dünya çempionatının seçmə turnirində iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi Kənan Pirizadə, Sergey Plujnikov, Natalya Filina və Ofeliya Kərimova təmsil edəcək. İdmançılarla birlikdə Danimarkaya yığmanın baş məşqçisi Andrey Plujnikov və məşqçi Alaverdi Culfayev yollanacaqlar. Beş gün davam edəcək seçmə turnirdə həmyerlilərimiz üzgüçülüyün bütün növlərində mübarizə aparacaqlar.

Mənbə: AzərTAc