14:12 06-02-2010
news_image
715
DİGƏR NÖVLƏR

Seksual asılılıqdan müalicə olunan məşhur idmançı evinə buraxıldı

Qolfçu Tayger Vuds seksual asılılıqdan müalicə olunduğu reabilitasiya klinikasından buraxılıb. Lent.az-ın “Radar Online” nəşrinə istinadən verdiyi məlumata görə, Vuds müalicəsini başa vurduqdan sonra fevralın 5-də ciddi məxfilik rejimi şəraitində həyat yoldaşı Elinlə birgə evinə yollanıb.

O, xanımı ilə nikahının pozulma təhlükəsindən güclə qurtulub. ABŞ-ın Missisipi ştatındakı bərpa mərkəzində tanınmış idmançı ayrıca qamış evdə qalıb, həyat yoldaşı ilə birgə fərdi məsləhətxanalara və qrup terapiya seanslarına baş çəkib. Şayiələrə əsasən, Vuds fevralın 17-də qolfa qayıda və Arizona ştatının çempionatına qatıla bilər. Onun nümayəndələri isə bu xəbəri hələlik təsdiqləməyiblər.


Qeyd edək ki, Tayger Vuds 2009-cu ilin dekabrında üzləşdiyi seksual qalmaqaldan asılılıqla əlaqədar karyerasına fasilə verərək müalicəyə yollanıb. Həmin vaxt qolfçu avtomobil qəzasına düşüb. Sonradan jurnalistlər qəzanın səbəbi kimi Vudsun öz xanımı ilə mübahisəsindən yarandığını aşkarlayıblar. Mübahisə idmançının digər qadınlarla cinsi əlaqədə olmasından yaranıb. ABŞ və Böyük Britaniyadan olan bir neçə qadın onun məşuqələri olduğunu açıqlayıblar. Qalmaqalla əlaqədar Vuds bir neçə reklam müqaviləsindən məhrum olub.