15:37 06-02-2010
news_image
476
DİGƏR NÖVLƏR

Hansı “boksçunu” Olimpiadadan kənar qoymaq istəyirlər?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Vankuverdə keçiriləcək Olimpiya Oyunlarına təşrif buyuran Avstraliya milli komandasının qarşısına sərt tələb qoyub. Apasport.az saytının məlumatına görə, qurum yaşıl qitə təmsilçisinə olimpiya kəndində dalğalandırılan bayrağın endirilməsini istəyir.

Bu bayraqda boks oynayan kenquru əks olunub. BOK kenquru şəklinin hansısa qeydiyyatdan keçmiş əmtəə nişanı olmasının istisna təşkil etməməyi və bunun reklam xarakteri daşıya biləcəyindən ehtiyatlanır. Avstraliyanın baş nazirinin müavini Culiya Hilard isə bu qadağanı gülməli olduğunu bildirib.

Lakin Avstraliya Olimpiya Komitəsi geri çəkilmək fikrindən uzaqdır. 1983-cü ildən qurumun bayrağı kimi qəbul olunan boks əlcəyi geymiş kenqurunun əks olunduğu bu rəmzdən imtina etmək istəmirlər.