17:39 08-02-2010
news_image
717
DİGƏR NÖVLƏR

İran idmanında tarixi hadisə

Kanadanın Vankuver şəhərində keçiriləcək Qış Olimpiya Oyunları İranın idman tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, bu ölkə qış olimpiadasında ilk dəfə qadınların yarışında təmsil olunacaq. Maryan Kalor dağ xizəkçiliyinin iki növündə mübarizə aparacaq.

“Son illər xizəkçilik növləri İranda çox inkişaf edib. Biz 5 ildə 40-dan artıq beynəlxalq turnir keçirmişik” - deyə İran Xizəkçilik Federasiyasının prezidenti İsa Save-Şemşaki bildirib.

Ümumiyyətlə, Kanadada İranın 4 idmançısı yarışacaq. Bu say cənub qonşumuzun qış olimpiadasında şəxsi rekordu sayılır.