18:19 08-02-2010
news_image
584
DİGƏR NÖVLƏR

Gimnastika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşdi

Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə 17-ci açıq Bakı birinciliyi başa çatmışdır. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan gimnastları ilə yanaşı, Ukrayna, Bolqarıstan və Gürcüstan idmançıları da iştirak ediblər.

2000-ci il təvəllüdlü idmançıların yarışında Jalə Piriyeva qalib gəlib. 2001-ci il təvəllüdlü idmançılar arasında Zöhrə Ağamirova, 2002-ci il təvəllüdlü gimnastlar arasında isə ukraynalı Mariola Bondarçuk birinci yeri tutub.