11:43 09-02-2010
news_image
850
DİGƏR NÖVLƏR

Qeyri-adi fəxri kürsü - FOTO

Fevralın 12-də Kanadanın Vankuver şəhərində start götürəcək Qış Olimpiya Oyunları üçün qeyri-adi fəxri kürsü hazırlanıb. Apasport.az saytının məlumatına görə, fəxri kürsülərin dizaynerləri Ceyms Li və Leo Obstbaumdur.

Onlar təpələrin və dağ silsilələrinin bənzərini yaratmağa çalışıblar. Hər bir fəxri kürsü 200 ağac hissəciyindən istifadə olunub. Bundan ötrü Böyük Britaniyadan gətirilmiş sidr və küknar ağaclarının materialları gətirilib. Fəxri kürsünün üstü qara bənzəyən qalın qatla örtülüb. Qış olimpiadası üçün ümumilikdə 23 belə kürsü hazırlanıb.