13:06 09-02-2010
news_image
467
DİGƏR NÖVLƏR

Bomjlar üçün Olimpiya Oyunları

Kanadanın Vankuver şəhərində Dilənçilik Olimpiya Oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu həftə start götürəcək qış Olimpiadasına etiraz əlaməti olaraq keçirilən yarışda 600-ə yaxın adam iştirak edib.

Onlar arasında dilənçilər, bomjlar və narkomanlar olub. Oyunlar bir neçə idman növündə keçirilib. Bomjlar və onlarla yanaşı mübarizə aparanlar maneələri dəf etməklə qaçmaqda, skeytlərin üstündə yürüşdə, uzunluğa və hündürlüyə tullanmada, həmçinin kerlinqdə qüvvələrini sınayıb. Yarışın himni və talismanı üçün də xüsusi müsabiqələr keçirilib. Qaliblərə mükafat kimi yemək, xırda pul və içkilər verilib. Olimpiya Oyunlarının təşkilatçılarından olan Mia Makkey etiraz aksiyasının səbəblərini belə izah edib: “Vankuver Olimpiadasının təşkilatçıları söz vermişdilər ki, şəhərdə şəraiti yaxşılaşdıracaq, narkoman və bomjlara kömək edəcəklər. Bunların əvəzində isə kasıbların yaşadığı rayonu bağlayıb şəhərdən ayırdılar”.

Qeyd edək ki, Kanadada keçirilən Qış Olimpiya Oyunları fevralın 12-də start götürür.