15:58 09-02-2010
news_image
972
DİGƏR NÖVLƏR

Zemfira Meftahəddinova: Yaşayarıq, görərik

“Hələlik gələcək karyerama aydınlıq gətirməmişəm”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahəddinova deyib.

47 yaşlı idmançı karyerasını davam etdirmək və ya başa vurmaq haqda konkret qərar qəbul etmədiyini bildirib: “Hələlik fikirləşirəm. Yekun qərarı qəbul edəndə sizi də məlumatlandıracağam”.

2012-ci il London Yay Olimpiya Oyunlarına gəldikdə, Meftahəddinova “Ola bilsin, lisenziya xarakterli yarışlara qatıldım. Olimpiadanın özünə hələ 3 il var. Yaşayarıq, görərik” deyib.

Qeyd edək ki, Zemfira Mehtahəddinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl, 2004-cü il Afina olimpiadasında isə bürünc medal qazanıb. 2008-ci il Pekin olimpiadasında da iştirak edən Meftahəddinova mükafatçılar sırasına düşə bilməyib.