14:55 10-02-2010
news_image
782
DİGƏR NÖVLƏR

Tayqer Vuds, Devid Bekhem və Roje Federer

Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən bahalı idman brendlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssislər 4 müxtəlif kateqoriya üzrə reytinq tərtib ediblər.

Ən bahalı idmançı adına Tayqer Vuds layiq görülüb. “Forbes” onun adını 82 milyon dollarla qiymətləndirib. Məşhur qolfçunun ən yaxın izləyiciləri futbolçu Devid Bekhem və tennisçi Roje Federerdir.

İlin ən bahalı şirkəti isə “Nike” olub. Bu şirkətin brendi 10,7 milyard dollarla ölçülür. İki il əvvəlki reytinqlə müqayisədə “Nike” adının dəyəri təxminən ikiqat artıb. İkinci pilləni isə ABŞ-ın məşhur idman kanalı ESPN tutub.

Ən bahalı idman hadisəsi isə Superboul sayılıb. ABŞ-ın Milli Futbol Liqasının final oyununun dəyəri 420 milyon dollar olub. Komandalar arasında adı daha böyük məna kəsb edən isə İngiltərənin “Mançester Yunayted” klubuna məxsusdur. Onların brendi 270 milyon dollarla dəyərləndirilir.