12:31 11-02-2010
news_image
566
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Fransaya yollandı

Azərbaycanın gənc qılıncoynadanları Fransanın Durdan şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, bu gün səfərə yollanan milli komandamızın tərkibində 5 idmançı yer alıb. Bunlar Vüqar Ağakişiyev, Azər Tağıyev, Aysel Mirzəyeva, Yusif Budaqov və Murad Əliyevdir. Fevralın 13-14 fevralında baş tutacaq yarışda 30-a yaxın ölkənin təmsilçiləri mübarizə aparacaqlar.