13:54 11-02-2010
news_image
462
DİGƏR NÖVLƏR

Olimpiya Oyunlarının keçiriləcəyi yer müəyyənləşib

Yeniyetmələrin 2014-cü ildə keçiriləcək ikinci Yay Olimpiya Oyunlarının yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 14-18 yaşlı idmançıların qatılacağı yarış Çinin Nankin şəhərində keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin növbəti yığıncağındakı səsvermədə çinlilər Polşanın Poznan şəhərini arxada qoyub. Təşkilatçılığa digər namizəd Meksikanın Qvadalaxara şəhəri isə bir müddət əvvəl geri çəkilmişdi.

Qeyd edək ki, yeniyetmələrin ilk Yay Olimpiya Oyunları bu il avqustun 14-26-da Sinqapurda keçiriləcək. 2012-ci ildə isə Avstriyanın İnsbruk şəhəri ilk yarıın qış variantına ev sahibliyi edəcək.