00:01 12-02-2010
news_image
623
DİGƏR NÖVLƏR

Bu gün qış olimpiadası başlayır

Bu gün Kanadanın Vankuver şəhərində 2010-cu il Qış Olimpiya Oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, sayca 21-ci dəfə keçiriləcək yarışda Azərbaycan idmançılarını da görmək mümkün olacaq.

Olimpiadada ölkəmizin şərəfini 1 kişi və 1 qadın idmançı qoruyacaq. Bunlar Yedriy Notz və Qaya Bassani Antivaridir. 36 yaşlı Notz İsveçrədəndir, ondan 4 yaş kiçik olan xanım Antivari isə İtaliyada doğulub. Hər iki təmsilçimiz dağ xizəkçiliyinin böyük slalom və slalom növlərində bacarıqlarını nümayiş etdirəcəklər. Notz start xəttinə fevralın 21-də, Antivari isə 24-də çıxacaq. Qış olimpiadasına fevralın 28-də yekun vurulacaq.