10:17 12-02-2010
news_image
834
STOLÜSTÜ OYUNLAR

Hardasan, Rəcəbov?

Dünyanın tanınmış 6 şahmatçısı İspaniyanın Linares şəhərinə toplaşır. Apasport.az saytının məlumatına görə, sabah həmin məkanda sayca 28-ci dəfə təşkil olunan Linares turniri start götürəcək. Yarışda Azərbaycanı Vüqar Həşimov (2759) təmsil edəcək. Onun rəqibləri Veselin Topalov (Bolqarıstan, 2805), Levon Aronyan (Ermənistan, 2781), Boris Qelfand (İsrail, 2761), Aleksandr Qrişuk (Rusiya, 2736) və Fransisko Valyexo (İspaniya) olacaq.

Reqlamentə əsasən, şahmatçılar iki dövrədə üz-üzə gələcəklər. Oyunlar 13-16, 18-21, 23 və 24 fevralda baş tutacaq. Linares turnirinin mükafat fondu 215 min avrodur. Birinci yeri tutacaq zəka sahibi 75 min avroya sahib çıxacaq.

Qeyd edək ki, əvvəllər Linaresdə yığmamızın digər üzvü Teymur Rəcəbov iştirak edirdi. Lakin son vaxtlar karyerasında eniş dövrü yaşayan şahmatçımızın bu dəfə İspaniyaya hansı səbəbdən yollanması məlum deyil.