11:15 13-02-2010
news_image
1041
DİGƏR NÖVLƏR

Ağ Olimpiada faciə ilə başladı - FOTO

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının açılışı faciə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili məşq zamanı dünyasını dəyişib.

Faciə təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirib ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib.

Mütəxəssislər faciəni yolun sürətli olması ilə izah edirlər. Böyük təcrübəsi olmayan idmançıların kirşənin həddən artıq sürət yığması ilə bacara bilmədiyindən ciddi çətinliklərlə üzləşəcəyi isə əvvəlcədən ehtimal olunurdu.