11:24 13-02-2010
news_image
559
DİGƏR NÖVLƏR

Ölüm yolu!

Kanadanın Vankuver şəhərində XXI Qış Olimpiya Oyunlarının açılışından bir neçə saat sonra kirşə sürmə idman növündə çıxış edən gürcü idmançının kirşə sürmək üçün nəzərdə tutulmuş yarış yolunda məşq edərkən həyatını itirməsi qalmaqal yaradıb. Lent.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Uistlerdəki kirşə yolu dünyada ən sürətli və təhlükəli yoldur.

Beynəlxalq Kirşə İdman Federasiyası bəyan edib ki, həmin buz yol səhv layihələndirilib. Yolda maksimum sürətinə 137 kilometr olması nəzərdə tutulub, ancaq reallıqda həmin yolda hərəkət edən kirşənin sürəti 157 kilometrə çatır.

Yarış yolunun tikintisini həyata keçirən şirkətin təmsilçisi Udo Qyurqel da etiraf edib ki, yarış yolu yenidən layihələndirilməli, ilk növbədə finiş sahəsinin kənarının hündürlüyü artırılmalıdır.

Layihəni hazırlayan şirkət də kirşə yolunun çox sürətli alındığını etiraf ediblər. Mütəxəssislər isə idman yarışları keçirilən zaman bu kirşə yolunda növbəti ölüm hadisəsinin qeydə alınacağından ehtiyatlanırlar.