11:48 13-02-2010
news_image
478
DİGƏR NÖVLƏR

30-dan çox idmançı Qış Olimpiya Oyunlarına buraxılmadı

Kanadada Qış Olimpiya Oyunları başlanana qədər dopinq qəbul etdiyi üçün 30-dan çox idmançı yarışlardan kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, bunu Beynəlxalq Antidopinq Agentliyinin (BAA) prezidenti Con Feyhi deyib. Bununla belə, Feyhi həmin idmançıların və onların təmsil etdikləri ölkələrin adlarını açıqlamayıb. BAA-nın baş direktoru Devid Houman isə bildirib ki, Olimpiadanın keçirildiyi müddətdə Beynəlxalq Olimpiya Komitəsi 2000-dən çox bioloji nümunə götürəcək və qanda 500-dən çox analiz aparacaq.