13:18 13-02-2010
news_image
705
DİGƏR NÖVLƏR

Qış Olimpiya Oyunlarından növbəti bəd xəbər

Qış Olimpiya Oyunlarının başından qara bulud çəkilmir. Lent.az-ın “İnfox” agentliyinə istinadən verdiyi məlumata görə, sürətli xizəksürmə yarışları hava şəraitinə görə ləğv oluna bilər.

3 gündür ki, Kanadada Qış Olimpiya Oyunlarının keçirildiyi Vankuver, Uistler və digər yerlərdə müsbət hava temperaturu qeydə alınır, yağış yağır. Qış Olimpiya Oyunlarında əmək intizamına cavabdeh olan Qyunter Xuyara deyib ki, belə hava şəraiti Uistlerdəki dağlıq ərazidə nəzərdə tutulan sürətli xizəksürmə yarışlarının keçirilməsini mümkünsüz edir və əgər belə hava şəraiti davam edərsə, sürətli xizəksürmə yarışı ləğv olunacaq.

Yağışlı hava səbəbindən kişi və qadın idmançıların məşq prosesi də ləğv olunub. Qyunter Xuyara bildirib ki, hava kütləsini müşahidə etməkdə dava edirlər: “Yeganə ümidimiz temperaturun aşağı enməsinə bağlıdır. Müsbət temperatur və yağış sürətli xizəksürmə üçün nəzərdə tutulmuş yola ciddi zərər vurub. Olimpiya Komitəsi sürətli xizəksürmə yarışları üçün başqa bir vaxt da təyin edə bilər”.