16:25 13-02-2010
news_image
532
DİGƏR NÖVLƏR

Günah öləndə imiş...

Kirşə idman növü üzrə gürcü idmançı Nodar Kumaritaşvili öz səhvi ucbatından ölüb. Lent.az-ın Frans Press agentliyinə istinadən verdiyi məlumata görə, bu, Qış Olimpiya Oyunları Komitəsinin bu gün yaydığı bəyanatda qeyd olunur.

Olimpiya oyunlarının Nodar Kumaritaşvili buz yolun finiş sahəsində idarəetməni itirib. Kirşədə saatda 170 kilometr sürətlə irəliləyən idmançının kirşəsi 16-cı döngədə yolun buzdan qurulmuş yan divarını yarıb. Kirşədən zərblə atılan idmançı kənarda qurulmuş maneəyə çırpılıb. İdmançı aldığı zədələrdən xəstəxanada keçinib.

Qış Olimpiya Oyunları Komitəsi bildirib ki, buz yolda hər hansı çatışmazlıq aşkar olunmayıb, ona görə də kirşə yarışları zamanı bu yoldan istifadə olunacaq. Ancaq bununla belə, analoji qəzaların baş verməməsi üçün finiş sahəsindəki yan divarların hündürlüyü artırılıb. Qış Olimpiya Oyunlarının Komitə bunun profilaktik addım olduğunu qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Kirşə İdman Federasiyası bəyan edib ki, Uistlerdəki kirşə yolu dünyada ən sürətli və təhlükəli yoldur, həmin buz yol səhv layihələndirilib. Yolda maksimum sürətinə 137 kilometr olması nəzərdə tutulub, ancaq reallıqda həmin yolda hərəkət edən kirşənin sürəti 157 kilometrə çatır.

Yarış yolunun tikintisini həyata keçirən şirkətin təmsilçisi də etiraf edib ki, yarış yolu yenidən layihələndirilməli, ilk növbədə finiş sahəsinin kənarının hündürlüyü artırılmalıdır. Layihəni hazırlayan şirkət də kirşə yolunun çox sürətli alındığını etiraf edib.