01:16 14-02-2010
news_image
950
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov yarım xal qazandı - YENİLƏNİB

İspaniyada şahmat üzrə ənənəvi “Linares-2010” superturniri start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışda həmyerlimiz Vüqar Həşimov da daxil olmaqla, planetin adlı-sanlı 6 qrossmeysteri mübarizə aparır.

Sayca 28-ci dəfə təşkil olunan turnirin reqlamentinə əsasən, şahmatçılar iki dövrədə üz-üzə gələcəklər. Oyunlar 13-16, 18-21, 23 və 24 fevralda baş tutacaq. Linares turnirinin mükafat fondu 215 min avrodur. Birinci yeri tutacaq zəka sahibi 75 min avroya sahib çıxacaq.

İlk turda Həşimov qara fiqurlarla israilli Boris Qelfandı sınağa çəkib. Tərəflər 54-cü gedişdə heç-heçəyə razılaşıblar.

I tur
Vüqar Həşimov (2759) - Boris Qelfand (İsrail, 2761) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2781) - Aleksandr Qrişuk (Rusiya, 2736) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2805) - Fransisko Valyexo (İspaniya) - 0,5:0,5