02:38 14-02-2010
news_image
588
DİGƏR NÖVLƏR

Qış Olimpiya Oyunlarının ilk çempionları

Vankuverdə təşkil olunan Qış Olimpiya Oyunlarında ilk medallar qazanılıb. Apasport.az saytının xəbərinə görə, isveçrəli Simon Amman tramplindən tullanma üzrə Olimpiya çempionu olub. Bu, isveçrəli xizəkçinin üçüncü Olimpiya medalıdır.

Rusiya əsilli Slovakiya biatlonçusu Anastasiya Kuzmina isə 7,5 km məsafədə sprinter yarışlarının qalibi olub. İkinci yeri alman Maqdalena Noyner, üçüncü yeri isə fransız Mari Doren Tutub.

Anastasiya Kuzmina məsafəni 19 dəqiqə və 55,6 saniyəyə qət edib. O, yalnız bir atışda hədəfə düşə bilməyib.
Anspress.com