17:43 14-02-2010
news_image
712
DİGƏR NÖVLƏR

Ağ Olimpiadada ilk rekord

Kanadanın Vankuver şəhərində keçirilən 2010-cu il Qış Olimpiya Oyunlarında ilk rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, qadın hokkeyçilər arasında baş tutan Kanada - Slovakiya qarşılaşması tarixə düşüb. Bu görüşdə meydan sahibləri Slovakiya yığmasının qapısından 18 cavabsız şayba keçiriblər.

Slovakiyalılar dünya reytinqində 15-ci pillədə qərarlaşsalar da, Qış Olimpiadası onlar üçün ilk mötəbər turnir olub. Buna görə də Avropa təmsilçiləri adlı-sanlı rəqiblərinə müqavimət göstərə bilməyiblər.

Qeyd edək ki, bundan öncəki rekord da kanadalılara məxsus idi. Onlar 4 il öncə Turin Qış Olimpiya Oyunlarında İtaliya komandasına 16:0 hesabı ilə qalib gəlmişdilər.