09:55 15-02-2010
news_image
638
DİGƏR NÖVLƏR

Vankuver Olimpiadası: polis işə başladı - FOTO

Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında qalmaqala səbəb olan 7 nəfər həbs olunub. Apasport.az saytının məlumatına görə, yerli polis bölmələri olimpiada əleyhinə çıxış edən dəstəni zərərsizləşdirib.

Vankuverin küçələrində müxtəlif hoqqalardan çıxan bu dəstə üzvləri mağazaların vitrinlərini qırmaq və avtomobillərin üzərinə rəng tökməklə yarışların keçirilməsinə etirazlarını bildirirdi. Dəstə üzvlərini yaxalayan polis onlardan bir böyük çəkic və velosiped zənciri alıb.